TEXNOLOJİ LAYİHƏLƏNDİRMƏ

TEXNOLOJİ LAYİHƏLƏNDİRMƏ
1/21/2020

Sifarişçi tərəfindən verilmiş tələblər çərçivəsində istənilən mürəkkəblikdə layihənin texnologiya arxitekturasının hazırlanması.

Müasir dövrdə istənilən fəaliyyəti texnologiyasız təsəvvür etmək mümkünsüzdür. Sənaye 4.0 mərhələsinə keçidi planlarşdıran şirkətlər texnologiyaların seçimində və təşkilində xüsusi ilə diqqətli olmalıdır. Bu səbəbdən də fəaliyyətini yenidən təşkil etmək istəyən müəssisə və ya qurum texnologiyalardan istifadə imkanlarına xüsusi diqqət ayırmalıdır. Layihələndirməsi uğurla həyata keçirilən istənilən təşkilat gələcək uğurunu ilkin mərhələdə sığortalamış olacaqdır. Eltceh MMC tərəfindən bu sahədə aşağıdakı istiqamətlər üzrə xidmətlər təklif edilir:

1. Layihələndirməsi nəzərdə tutulan obyekt üzrə ilkin istəklər əsasında texniki şərtlərin hazırlanması;

2. Texniki şərtləri təmin edəcək əsas texnoloji proseslərin iş axını sxemlərinin hazırlanması;

3. İş axınlarını təmin etmək üçün şəbəkə infrastrukturunun sxemlərini formalaşsırmaq;

4. İş axınlarını həyata keçirmək üçün avadanlıqların siyahısını, texniki göstəricilərini hazırlamaq;

5. Proseslərin avtomatlaşmasını təmin edəcək proqram təminatları üzrə texniki şərtlər toplusunu tərtib etmək;

6. Avtomatlaşmış idarəetmə sistemləri üzrə mövcud həlləri araşdırmaq və tövsiyə siyahısını tərtib etmək;

7. Gələcək dövrdə texnoloji proseslərin daha da genişlənməsi və şaxələnməsi üzrə təkliflər hazırlamaq;