İT KONSULTASİYA

İT KONSULTASİYA
1/21/2020

Yeni texnologiyların tətbiqi zamanı peşəkar təcrübəyə əsaslanan və müqayisəli təhlil ilə təkliflərin hazırlanması.

Şirkət malik olduğu İT infrastrukturu genişləndirən zaman məsrəfləri və buna sərf ediləcək zamanı düzgün planlaşdırmalıdır. Bu sahədə ELTECH tərəfindən şirkətinizin gələcək genişlənmə imkanlarını nəzərə almaqla optimal yeniləmə təkliflər paketi hazırlanaraq təqdim edilə bilər. Belə təkliflərin hazırlanması üçün xidmət aşağıdakı ardıcıllıqla təmin edilir:

1. Mövcud biznes proseslərin öyrənilməsi.

2. Biznes istiqamətində strateji hədəflərin müzakirəsi.

3. Biznes Proseslərdə nəzərdə tutulan yenilənmələrin müzakirəsi.

4. Əməkdaşlar ilə müsahibələrin təşkili və texnoloji tələblərin öyrənilməsi

5. Yeni texnoloji yol xəritəsinin hazırlanması

6. Texnoloji xəritə üzrə hər bir mərhələnin təmin edilməsi üçün zəruri avadanlıq və proqram təmintatları istiqamətində təkliflərin hazırlanması.

7. Yol xəritəsinin icra edilməsinə nəzarət.