MÖVCUD PROQRAM TƏMİNATININ AUDİTİ

MÖVCUD PROQRAM TƏMİNATININ AUDİTİ
1/21/2020

Müəssisədə istifadə edilən mövcud proqram təminatının müxtəlif meyarlar üzrə tələblərə cavab verməsini yoxlamaq və hesabat hazırlamaq.

Təcrübədə qarşılanan əksər hallarda sifarişçi öz istəklərini ilkin mərhələdə əhatəli göstərə bilmir, yaxud sifariş edilən proqram təminatının texniki tapşırığı nöqsanlı hazırlanır ki, bu da proqram təminatının uğurla sonlanmamasına gətirib çıxarır. Bəzri hallarda isə uğurla hazırlanmış texniki tapşırığın olmasına baxmayaraq proqram təminatının hazırlanma mərhələsində natamamlıqlar olur. Bütün bu halların səbəblərini aşkar etmək və qarşısını almaq üçün ELTECH şirkəti sizə aşağıdakı ardıcıllıqla proqram təminatının auditi xidmətini təklif edir:

1. Texniki şərtin biznes proseslərlə uyğunluğunun auditi;

2. Proqram təminatı ilə texniki şərtlərdə həmçinin biznes proseslərdə uyğunluğun auditi;

3. Proqram təminatının baza arxitekturasının auditi;

4. Proqram təminatının mənbə kodlarının arxitekturasının və oxunabilərliyinin qiymətləndirilməsi;

5. Proqram təminatının müxtəlif metorlarla sınaqlar əsasında qiymətləndirilməsi;

6. Kompleks qiymətləndirmə əsasında hesabatın hazırlanması.