MƏLUMAT BAZALARININ İDARƏEDİLMƏSİ

MƏLUMAT BAZALARININ İDARƏEDİLMƏSİ
1/21/2020

Məlumat bazalarının optimallaşması, emal sürətinin yüksəldilməsi və məlumatların itkisi üzrə yaranacaq risklərin aradan qaldırlması.

İstənilən müəssisə zaman keçdikcə məlumat bazalarını təşviş etməli, onu optimallaşdırmalı və baş verə biləcək itki risklərini aradan qaldırmalıdır. Bir çox hallarda isə bu prosesin təmin edilməsi müəssisələr üçün əlavə mütəxəssis saxlamaq kifayət qədər böyük xərclər tələb edir. Eltech MMC tərəfindən təklif edilən bu xidmət sizə ən peşəkar mütəxəssisi mütəmadi saxlamaq xərcləri ilə yanaşı, müəssisəninzin məlumatlarını mütəmadi olaraq monitorinqinə və optimallaşmasına təminatat almış olacaqsınız. Bu istiqamətdə göstərdiyimiz xidmətlər aşağıdakılardır:

1. Məlumat bazalarının auditini təşkil etmək və mövcud vəziyyət üzrə hesabat hazırlamaq;

2. Məlumat bazalarının optimallaşma sxemlətini və prosedurlarını hazırlamaq və tövsiyələr hazırlamaq;

3. Məlumat bazalarının mütəmadi optimallaşmasını məsafədən xidmət formasında göstərmək;

4. Müəssisənin məlumat bazaları üzrə inzibatçısının peşəkarlığını yüksəltmək üçün fərdi təlimlər keçirilməsi;

5. Müəssisənin məlumat bazasının itki risklərini minimallaşdırmaq üçün ehtiyat nüsxələmə xidmətini göstərmək;

6. Məlumat bazasını digər proqram təminatları ilə inteqrasiyası üçün aralıq (əlaqələndirici) proqram təminatı və ya APİ hazırlamaq;

7. Məlumat bazasının bir sistemdən, digərinə miqrasiyasını təmin etmək və s.